Bikalyo “Sabah”la oyun haqda – “Dözümlülük çatmadı”

Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun QOL.az saytına müsahibəsi 

– Misli Premyer Liqasının ilk turunda təxirə salınmış oyunda “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Görüşü necə şərh edərdiniz?

 

– Kifayət qədər çətin oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Gərgin qarşılaşma alındı. Hesabda önə keçsək də, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik.

– Qeyd etdiyiniz kimi, hesabda önə keçmişdiniz. Qələbə qazanmağınıza nə mane oldu? 

– Bir az dözümlülük çatmadı. Bir qədər xətlərarası əlaqə də demək olar. Bir xətdən digərinə keçid istədiyimiz kimi alınmadı. Lakin bütün bunlar düzəldiləsi şeylərdir. Müəyyən qədər zaman lazımdır.

– Sıx qrafiki nəzərə alsaq, fiziki yorğunluq məğlubiyyətdə nə dərəcədə rol oynadı?

– Təbii ki, fasilə ərəfəsində istər-istəməz yorğunluq olur. Lakin məğlubiyyəti təkcə bununla əlaqələndirmək olmaz. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik

– Rəqibin çıxışını necə dəyərləndirirsiniz?

– Rəqib yaxşı komandadır. Lakin biz yenə də bu oyundan qələbə ilə ayrıla bilərdik.

– “Sabah” çempionluq yarışında “Qarabağ”a başağrısı ola bilər?

– Təbii ki, məğlubiyyət məğlubiyyətdir. Ancaq çempionat hələ bitməyib. Qarşıda kifayət qədər oyunlar var.

– İlin son oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

– Təbii ki, çətin keçəcək. Çempionatda demək olar ki, heç bir qarşılaşma asan olmur. Bununla belə, meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə çatacağıq.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: