Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olmaqda davam edir, ölkənin tam iştirakı üçün imkanlar açıq qalır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a deyib.
“Ermənistan bizim müttəfiqimiz olub və olmaqda davam edir. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam şəkildə iştirakını bərpa edəcək. Bunun üçün bütün şərait və ilkin şərtlər mövcuddur: biz Ermənistan xalqının Avrasiyada ümumi təhlükəsizlik məkanının yaradılmasında maraqlı olduğuna inanırıq”.
“ Məlum olduğu kimi, Ermənistan Respublikası təşkilatdakı fəaliyyətini dayandırıb, bu da Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə bağlı hazırkı mövqeyini əks etdirir. Bu, müstəqil və suveren dövlətin qərarıdır, ona heç bir başqa ölkə və ya təşkilat təsir edə bilməz”, – KTMT-nin baş katibi qeyd edib.


