Berlin kurs dəyişir: Almaniyanın silah ixracında geriləmə

Berlin kurs dəyişir: Almaniyanın silah ixracında geriləmə

2025-ci ilin yekunlarına görə, Almaniya federal hökuməti ümumi dəyəri 8,4 milyard avro olan hərbi texnika ixracına icazə verib ki, bu da əvvəlki iki ilin göstəricilərindən xeyli aşağıdır. 2024-cü ildə təsdiqlənmiş ixracın həcmi 13,3 milyard avro, 2023-cü ildə isə 12,15 milyard avro təşkil etmişdi.

Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə DW kanalı məlumat yayıb.

Azalmanın əsas səbəbi Ukraynaya silah tədarükünün kəskin şəkildə ixtisar olunmasıdır: 2025-ci ildə bu məbləğ 1,14 milyard avro olub, halbuki əvvəlki il 8,15 milyard avro idi.

Məlumata əsasən, hazırda Kiyevə dəstək əsasən əvvəlki illərdə verilmiş ixrac lisenziyaları çərçivəsində həyata keçirilir və “Ukrayna üçün ayrılan vəsaitlər uzunmüddətli layihələrə yönəldilir”. Bundan əlavə, Bundestaqda qeyd olunub ki, Ukrayna getdikcə daha çox öz silah istehsalına investisiya qoyur.

Fridrix Merts hökuməti ən böyük məbləğdə silah ixracına Norveçə icazə verib – 1,31 milyard avro. Bu ölkə döyüş tankları və sualtı qayıqlar üzrə iri sifarişlər səbəbindən Almaniyanın hərbi ixracında ən böyük alıcıya çevrilib.

Share: