Qrenlandiya partiyasının liderləri ABŞ-ı adaya hörmətsizliyi dayandırmağa çağırıb

Qrenlandiya partiyasının liderləri ABŞ-ı adaya hörmətsizliyi dayandırmağa çağırıb

Qrenlandiyanın beş siyasi partiyasının liderləri ABŞ prezidenti Donald Trampın adanın ABŞ-a qoşulması ilə bağlı çağırışlarına cavab olaraq birgə bəyanat yayıblar.

Millətin Səsi.az xəbər verir ki, hökumət saytında dərc olunan sənəddə Jens-Frederik Nielsen (Demokraatit), Pele Broberg (Naleraq), Lal Bourup Egede (Inuit Ataqatigiit), Vivian Motzfeldt (Siumut) və Aqqalu Jerimiassen (Atassut) ABŞ-ı adaya qarşı hörmətsiz münasibətini dayandırmağa çağırıb.

Bəyanatda deyilir: “Biz amerikalı olmaq istəmirik, danimarkalı da olmaq istəmirik, biz Qrenlandiyalı olmaq istəyirik”. “Qrenlandiya partiyalarının liderləri olaraq, Birləşmiş Ştatların torpaqlarımıza qarşı laqeyd münasibətini dayandırması istəyimizi bir daha bildirmək istərdik” deyə əlavə edir.

Müəlliflər qeyd edirlər ki, Qrenlandiya demokratik ölkədir və həm ABŞ, həm də Qərb ölkələri ilə əməkdaşlığı davam etdirmək istəyir.

Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bəyan edib. İlk səlahiyyət müddətində o, adanı almağı təklif etdi və 2025-ci ilin martında onun ilhaq oluna biləcəyinə əminliyini ifadə edərək, imtina halında Kopenhageni ticarət tarifləri ilə hədələdi. Danimarkanın baş naziri Mette Frederiksen bu ambisiyaları rədd edərək, Qrenlandiyanın Danimarka krallığının bir hissəsi olduğunu vurğulayıb.

Share: