İranda etirazlar səngiyib – Tehranın meri

İranda etirazlar səngiyib – Tehranın meri

İranda etiraz aksiyaları səngiyib. Yanvarın 11-i axşamdan etiraz qruplarının sayı da əhəmiyyətli dərəcədə azalıb və artıq narahatlığa əsas yoxdur.

Millətin Səsi.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Tehran vilayətinin qubernatoru Məhəmməd-Sadeq Mötəmediyan bildirib.

Tehran meri Əlirza Zakani deyib ki, üsyançılar 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi və 10 hökumət binasına, 100-dən çox yanğınsöndürən, avtobus və təcili yardım maşınlarına ziyan vurub. İran hakimiyyəti iğtişaşçıları terrorçular adlandıraraq, iğtişaşların təşkilində İsrail və ABŞ-ı günahlandırıb

Qeyd edək ki, 2025-ci il dekabrın 29-da İran rialının kəskin ucuzlaşması ilə bağlı Tehranda tacirlər etiraz aksiyası keçirməyə başladılar. Dekabrın 30-da böyük şəhərlərin əksəriyyətini bürüyən iğtişaşlara universitet tələbələri də qoşulub. Etirazlar yanvarın 8-nə keçən gecə iğtişaşçıların hərəkətləri nəticəsində üç yaşlı uşaq da daxil olmaqla azı 13 mülki şəxsin öldürüldüyü gecə pik həddinə çatıb. Hakimiyyət həmçinin 38 asayiş keşikçisinin öldüyünü açıqlayıb.

Share: