Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Millətin Səsi.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib.
Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qol və sinə nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.
Teleqraf.az
Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.
Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.


