Kimlərə iki dəfə çox maaş ödəniləcək?

Kimlərə iki dəfə çox maaş ödəniləcək?

Azərbaycan Prezidenti “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Vüqar Bayramovqeyd edib.

“Vacib dəyişikliklərdən biri də, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır. Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək.

Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.

Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək”, – V.Bayramov bildirib.

Share: