Avropa rəsmiləri Aİ-nin Qrenlandiyaya həsr olunmuş fövqəladə sammiti öncəsi özünü Vaşinqton tərəfindən xəyanətə uğramış hiss edir və ABŞ-a inamın itirilməsindən danışır.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet ABŞ-ın Aİ-də əsas müttəfiqi hesab edilən avropalı diplomatlardan birinin şərhindən sitat gətirib: “Biz dünya düzəninin böyük parçalanmasını yaşayırıq. Güvən itib”.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etməmək niyyəti ilə bağlı bəyanatı müttəfiq ölkələrlə bağlı dediyi sərt ifadələrə görə avropalı siyasətçiləri razı salmayıb. AB diplomatlarından biri Politico-ya bildirib ki, Qrenlandiya ilə bağlı mövqeyinə görə Aİ-yə qarşı ticarət tarifləri təhlükəsi səbəbindən parçalanma “real olub”.


