Tanınmış rusiyalı futbol mütəxəssisi, ölkə millisinin sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt”ı üzərindəki qələbəsini şərh edib.
QOL.az xəbər verir ki, o, oyunla bağlı təəssüratlarını ölkəsinin championat.com saytına bölüşüb.
“Qarabağ” – “Ayntraxt” matçının birinci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə iki qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, “Qarabağ” ən yaxşı halda heç-heçə edəcək.
Amma sonda onların hesabı bərabərləşdirdiyini, ardınca isə daha bir qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən, burada oynamasından, qələbələr qazanmasından və növbəti mərhələlərə yüksəlməsindən zövq almalıdır. Əla haldır!” – deyə Mostovoy bildirib.


