Qızılın qiyməti 5 min dolları ötdü

Qızılın qiyməti 5 min dolları ötdü

Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min dollar səviyyəsini keçib.

Millətin Səsi.az APA-ya istinadən xəbər verir ki, “Comex”də (aprel 2026 kontraktı) qızılın bir troya unsiyasının qiyməti 5 017 dollar təşkil edib ki, bu da sutka ərzində 67,6 dollar və ya 1,37% artım deməkdir.

Spot bazarda isə qızıl 4 987 dollar səviyyəsində qərarlaşıb və 1,04% bahalaşıb.

Eyni zamanda, digər qiymətli metallar üzrə də yüksəliş müşahidə olunur. Gümüş “Comex”də 5,15% artımla 101,33 dollar, platin spot bazarda 5,35% yüksəlişlə 2 778 dollar, mis isə 2,92% artımla 594,75 sent/funt səviyyəsinə qalxıb.

Analitiklər qiymətlərin yüksəlişini əsasən qlobal geosiyasi risklərin artması, mərkəzi bankların qızıla tələbinin güclənməsi, inflyasiya və faiz dərəcələri ilə bağlı qeyri-müəyyənliklər, eləcə də investorların “təhlükəsiz liman” aktivlərinə yönəlməsi ilə izah edirlər. ABŞ dollarının mövqeyində dalğalanmalar və maliyyə bazarlarında risk iştahının zəifləməsi də qızılın qiymətini dəstəkləyən amillər sırasındadır.

Share: