“Bakı Bus” avtobusu yük maşını ilə toqquşdu

“Bakı Bus” avtobusu yük maşını ilə toqquşdu

Bakı şəhərində metronun “28 May” stansiyasının yaxınlığında avtoqəza olub.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, sözügedən ərazidə 77 JS 678 nömrə nişanlı 5 nömrəli marşrut xəttində “Bakı Bus” avtobusu ilə “Ford” markalı, 10 TX 252 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Share: