Ukraynalılar yaxın 3-5 il ərzində generatorlarla yaşamağa öyrəşməlidirlər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Bərpa Olunan Enerji Mənbələri Assosiasiyası Şurasının rəhbəri Stanislav İqnatyev bildirib.
Ukrayna enerji sektorunda kritik vəziyyətlə üzləşib. Bütün rayonlarda hər gün saatlarla işıqlar kəsilir. Sistemin həddindən artıq yüklənməsi halında qeyri-müəyyən fövqəladə söndürmələr tətbiq olunur. Supermarketlər, kafe və restoranlar bağlanmaq məcburiyyətində qalıb, bəzi bölgələrdəki məktəblər tətil müddətini uzadıb və ya distant təhsilə keçib. Ukrayna enerjini Avropadan almağa çalışır. Energetika Nazirliyinin məlumatına görə, kəsiri təxminən 2 GVt azaltmaq mümkündür.


