Güclü külək Bakıda ağacları aşırdı

Güclü külək Bakıda ağacları aşırdı

Bakıda gecədən başlayan güclü külək nəticəsində 19 ağac aşıb, 15 ağacın budaqları qırılıb.

Bu barədə Millətin Səsi.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində birliyin qaynar xəttinə daxil olan 34 müraciət Xətai, Nəsimi, Suraxanı və Binəqədi rayonlarını əhatə edib.

Qurumun əməkdaşları tərəfindən indiyədək 15 aşmış ağac, 13 qırılan budaq ərazidən götürülərək təmizlənib.

Share: