“Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Veysəl Mehman Rzayev oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
V.Rzayev xəstəxanaya yerləşdirilib.


