Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs öldü

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs öldü

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Əli Nağıyev dünən gecə həbsdə ölüb.

Milletinsesi.az xəbər verir ki, onun ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

***

Respublika Neyrocərrahiyyə Xəstəxanasından Oxu.az-a verilən məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) 03.02.2026-cı il tarixində saat 00:10-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə davam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.02.2026-cı il tarixində 01:00-da bioloji ölüm faktı qeydə alınıb.

Share: