Bakıda məktəbdə 10-cu sinif şagirdi pəncərədən yıxılıb

Bakıda məktəbdə 10-cu sinif şagirdi pəncərədən yıxılıb

163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10c sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 4-ü ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.

Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

“Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – məlumatda bildirilib.

Share: