İranda zəlzələ oldu

İranda zəlzələ oldu

Bu gün yerli vaxtla 08:39-da İranın Gilan vilayətinin Lahican rayonunun Rudbone şəhəri yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

29 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Zəlzələ hiss olunduğuna görə insanlar binaları tərk edib və təşviş yaranıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, səhər saatlarında Türkiyənin Malatya vilayətində də 4,5 bal gücündə zəlzələ olub.

Share: