ABŞ rəhbərliyi hələ İrana qarşı potensial hava hücumları üçün dəqiq strateji əsaslandırma hazırlamayıb.
Millətin Səsi.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki keçmiş səfiri (2011-2017) Dan Şapiron deyib.
“Vaşington Post”daha əvvəl yazmışdı ki, ABŞ fevralın 17-də Cenevrədə ABŞ-İran danışıqlarından sonra Avropa və Yaxın Şərqdəki bazalarına 150-dən çox təyyarə yerləşdirərək, İran yaxınlığında hərbi varlığını artırıb. Hazırda ABŞ-ın regionda hərbi güclənməsinin 2003-cü ildə İraq əməliyyatından sonra ən böyük hərbi qüvvə olduğu bildirilir.
Fevralın 26-da Cenevrədə İran və ABŞ arasında nüvə müzakirələrinin üçüncü raundu keçirilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın danışıqlar qrupuna isə prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir.


