Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edilir

Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edilir

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.

AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:

 

Reys

 

Bakıdan qalxma

 

Naxçıvandan qalxma

J2 2251 / 2252 18:00 20:00
J2 2253 / 2254 19:00 21:00
J2 2255 / 2256 20:00 22:00
J2 2257 / 2258 21:00 23:00

Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

Share: