ABŞ və İsrail hərbi əməliyyatın ilk günlərində İranda kütləvi iğtişaşlar törətməyi planlaşdırırdı, lakin bu ssenari həyata keçmədi.
Milletinsesi.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, əməliyyatın hazırlanması zamanı İsrail kəşfiyyatı “Mossad”ın rəhbəri David Barnea İsrailin baş naziri Benyamin Netanyahuya İran müxalifətinin fəallaşdırılması planını təqdim edib. Hesab olunub ki, xüsusi xidmət orqanlarının dəstəyi ilə bu, ölkə daxilində iğtişaşlara səbəb olacaq.
Plan bəzi amerikalı məmurlar və İsrail xüsusi xidmət əməkdaşlarının şübhələrinə baxmayaraq, siyasi səviyyədə təsdiqlənib.
Vurğulanıb ki, əməliyyatların başlamasından üç həftə keçməsinə baxmayaraq, İranda kütləvi çıxışlar qeydə alınmayıb.
Bildirilib ki, bu plan münaqişənin hazırlanmasında əsas səhvlərdən biri olub.
Publika.az
Roza


