ABŞ-ın İrana qarşı hərbi kampaniyası zəif hazırlanmışdı, çünki o, güc tətbiq etməklə nəticələrin tez əldə oluna biləcəyi ilə bağlı yanlış inanclara əsaslanırdı.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Federasiya Şurasının İnformasiya Siyasəti və Media Əlaqələri Komissiyasının sədri Aleksey Puşkov TASS-a müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ-ın yanaşmasına onun Venesueladakı təcrübəsi təsir göstərə bilər və Vaşinqton bunu “dəqiq və cərrahi” əməliyyatların effektivliyinə nümunə kimi qəbul edə bilərdi.
“Maduronun oğurlanması və Venesuelanın neft ixracına nəzarətlə bağlı ABŞ-ın şərtlərini qəbul etməyi seçən venesuelalıların çox zəif reaksiyası Trampı dəqiq cərrahi hərbi əməliyyatın xarici rejimi məcbur etmək üçün yaxşı vasitə olduğuna inandırdı”, deyə, senator bildirib.


