İran ABŞ-a yeni təklif göndərdi – Tramp iclas keçirir

Tehran münaqişənin həlli ilə bağlı Pakistan vasitəsilə Vaşinqtona yeni təklif təqdim edib. Təklifdə ABŞ blokadasının aradan qaldırılması, Hörmüz boğazının açılması və daha sonra İranın nüvə proqramının müzakirəsinə keçid nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, yeni təklif danışıqlardakı mövcud dalanı və İran rəhbərliyinin nüvə güzəştlərinin miqyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib.

Mənbələr əlavə edib ki, təklifə əsasən, nüvə proqramı danışıqları yalnız sonrakı mərhələdə, yəni Hörmüz boğazı açıldıqdan və blokada qaldırıldıqdan sonra başlayacaq.

Vurğulanıb ki, ABŞ lideri Donald Tramp aprelin 27-də İranla danışıqlardakı çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə etmək üçün kabinet iclası keçirmək istəyir.

Qeyd edək ki, Tramp 25 apreldə İrandan təkliflər aldıqlarını elan etmişdi.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: