Rusiya Yaxın Şərqin bütün ölkələri ilə möhkəm əlaqələr qurub və regionda münaqişənin həllində vasitəçi rolunu oynaya bilər, lakin o, özünü məcbur etməyəcək.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin TASS-a bildirib;
“Rusiyanın potensialından istifadə edilməlidir. Bizim bütün Yaxın Şərq ölkələri, o cümlədən İranla əla münasibətlərimiz var”.
Stepaşin xüsusilə qeyd edib ki, İran BRİKS-in üzvüdür. “Düşünürəm ki, Rusiyanın potensialından hələ də istifadə olunacaq. Baxmayaraq ki, indiyədək Tramp bizə yaxınlaşmayıb. Amma biz özümüzü zorla tətbiq etməyəcəyik”, – siyasətçi vurğulayıb.


