Bu ölkə Avropanın ən korrupsiyalaşmış dövlətidir

Bu ölkə Avropanın ən korrupsiyalaşmış dövlətidir

Moldova Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir və onu Gürcüstanla müqayisə etmək boş bir fərziyyədir.

Milletinsesi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müxtəlif ölkələrin AB-yə qoşulmaq istəyi barədə danışarkən deyib.

“Moldova Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir. Bu, iqtisadi artıma da təsir göstərir. Son beş il ərzində, 2022-ci ildən bəri Moldova iqtisadiyyatı ilə aramızdakı fərqi 14 milyard dollar artırmışıq. Bu, digər şeylərlə yanaşı, Moldovada yaranan korrupsiyanın və institusional böhranın nəticəsidir. Ümumi mənzərə belədir. Belə bir vaxtda Moldova və ya Ukraynanın Gürcüstandan öndə olması barədə danışmaq sadəcə bir fərziyyədir”, – o bildirib.

Qeyd edək ki, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro AB üzvlüyünə rəsmi namizəd statusuna malikdir.

Share: