Belarus prezidenti Aleksandr Lukaşenko Avropa ölkəsinə səfərə hazırlaşır.
Bu, onun 2016-cı ildən Avropa İttifaqına ilk səfəri olacaq.
Lukaşenko noyabrın 12-də Avstriyaya səfər edəcək. Belarus liderinin Avstriya prezidenti Aleksander Van Der Bellenlə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Lukaşenko ona qarşı qüvvədə olan sanksiyalar səbəbindən Aİ-yə işgüzar səfərlər etməyib./Teleqraf.com