ABŞ-da qaynaqçı axtarırlar: 5 nəfər gedir, yerinə cəmi 2 nəfər gəlir

ABŞ-da qaynaqçı axtarırlar: 5 nəfər gedir, yerinə cəmi 2 nəfər gəlir

ABŞ-da ixtisaslı fəhlə çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir. Ölkədə təqaüdə çıxan peşəkar işçiləri əvəz etmək üçün əmək bazarına kifayət qədər yeni kadr daxil olmur.

Milletinsesi.az xəbər verir ki, bunu amerikalı teleaparıcı Mayk Rou deyib. Onun sözlərini “Yahoo Finance” yayıb.

Rou bildirib ki, bu il təqaüdə çıxan hər 5 ixtisaslı fəhlənin yerinə əmək bazarına cəmi 2 yeni işçi daxil olur. Söhbət əsasən qaynaqçı, elektrik, santexnik və digər texniki peşə sahiblərindən gedir.

Onun sözlərinə görə, ABŞ-da bu peşələrə marağın azalması artıq ciddi kadr çatışmazlığı yaradıb. Getdikcə daha az gənc qaynaqçı, elektrik, santexnik, eləcə də istehsalat və sənaye avadanlıqlarının texniki xidməti üzrə mütəxəssis olmaq istəyir.

İxtisaslı kadr problemi artıq emal sənayesində də özünü göstərir və milli müdafiə sektoruna qədər yayılır.

Share: