Putin may ayında Astanaya səfər edəcək

Putin may ayında Astanaya səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin mayın sonuna planlaşdırılan Astanaya dövlət səfəri iki ölkə arasında dialoqun güclənməsinə kömək edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev bildirib.

Baş diplomat Qazaxıstanda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərə deyib: “Biz bunun siyasi dialoqu gücləndirəcəyini və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracağını gözləyirik”.

Koşerbayev əlavə edib ki, iki ölkəni möhkəm mehriban qonşuluq ənənələri, eləcə də ticari-iqtisadi əlaqələr birləşdirir. O, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən ilin noyabrında Rusiyaya dövlət səfərini xatırladıb. Xarici işlər nazirinin sözlərinə görə, səfər “gələcək birgə iş üçün ton müəyyən edib”.

Share: