Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna ilə müdafiə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün Kiyevə gözlənilməz səfərə gəlib.
Millətin Səsi.az xəbər verir ki, bu haqda DPA xəbər agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, Pistoriusun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib. “Almaniya və Ukrayna strateji tərəfdaşlardır və əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Bu, bir çox yeni layihələrin həyata keçirilməsi üçün imkanlar açır”, – Pistorius bildirib.
“Əsas diqqət bütün poliqonlarda, xüsusən də dərin zərbə imkanlarının təmin edilməsi sahəsində qabaqcıl pilotsuz sistemlərin birgə inkişafına yönəlib”.
Pistorius Almaniya hökumətinin Ukrayna ilə birgə müəssisələr yaratmağı qarşısına məqsəd qoyduğuna aydınlıq gətirib.: iBundan əlavə, biz perspektivli innovativ həllər təqdim etməyə qadir olan tərtibatçıları dəstəkləmək üçün Brave One platformasından istifadə etməyi planlaşdırırıq”.
Almaniya hökumətinin sözçüsü Stefan Korneliusun sözlərinə görə, Almaniya 24 fevral 2022-ci ildən Ukraynaya təxminən 39 milyard avro humanitar və 55 milyard avro hərbi yardım edib.


