Rubio: “Hörmüz boğazında gəmilərdən rüsum alınması qəbuledilməzdir”

Rubio: “Hörmüz boğazında gəmilərdən rüsum alınması qəbuledilməzdir”

ABŞ administrasiyası beynəlxalq sularda, xüsusilə Hörmüz boğazında gəmilərdən rüsumların alınmasını qəbuledilməz hesab edir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin iclasının keçirildiyi Helsinqborqda bildirib:

“İran bir tollinq sistemi yaratmağa çalışır. Yeri gəlmişkən, Omanı razı salmağa çalışırlar ki, beynəlxalq su yolunda bu tollinq sisteminə qoşulsunlar. Dünyada bunu qəbul etməli olan elə bir ölkə yoxdur. Mən İrandan başqa dünyada bunun tərəfdarı olan ölkə tanımıram”.

“Mən dünyada heç kimi tanımıram ki, bu, beynəlxalq su yolunda tollinq sisteminin lehinə olsun, bu, sadəcə qəbuledilməzdir. Bu, baş verə bilməz. Əgər bu, Hörmüz boğazında baş versəydi, dünyanın başqa beş yerində də baş verəcək. Niyə bütün dünya ölkələri “Yaxşı, biz də bunu etmək istəyirik” deməsinlər”, – o əlavə edib.

Share: