Trampın səhhətində heç bir problem aşkar edilməyib- həkim

Trampın səhhətində heç bir problem aşkar edilməyib- həkim

ABŞ prezidenti Donald Trampın tibbi müayinəsi səhhətində heç bir problem aşkar etməyib və onun dövlət başçısının vəzifələrini yerinə yetirməsi üçün bütün tələblərə tam cavab verdiyini göstərib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə cümə günü Ağ Evin yaydığı hesabatda Amerika liderinin həkimi Şon Barbabella məlumat verib.

Sənədə əsasən, mayın 26-da Vaşinqtondan kənarda yerləşən Valter Rid Milli Hərbi Tibb Mərkəzində keçirilən müayinə ABŞ prezidentinin “əla idrak və fiziki sağlamlığını” təsdiqləyib. Hesabatda qeyd edilir ki, Tramp “ali baş komandan və dövlət başçısı vəzifələrini yerinə yetirməyə tam uyğundur”.

Tramp mayın 26-da bildirib ki, həkimlər heç bir sağlamlıq problemi aşkar etməyiblər. Müayinə 79 yaşlı Amerika liderinin son 13 ayda üçüncü tibbi müayinəsi olub.

Share: