ABŞ müttəfiqləri ilə münasibətləri dəyərlərə deyil, maraqlara əsaslanaraq qurmaq niyyətindədir.
Millətin Səsi.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Pentaqon rəhbəri Pit Heqsetin səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
“Əsas mövzu müttəfiqlərlə dəyərlərə deyil, maraqlara əsaslanan yeni tərəfdaşlıq modelidir”, – deyə Kolbi X hesabında yazıb.
Qeyd edək ki, Heqset Sinqapurdakı ABŞ səfirliyində çıxışı zamanı ABŞ-ın nümunəvi müttəfiqlərlə – öz milli maraqlarını müdafiə etməyə hazır olan ölkələrlə əməkdaşlığa üstünlük vermək niyyətində olduğunu bəyan edib.


