Salyan rayonunun Seyidsadıqlı kəndində, Akkuşa çayında batdığı ehtimal edilən 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının axtarışları başa çatıb.
Milletinsesi.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Dadaşovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.