Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard oldu

Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard oldu

2026-cı il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib.

Millətin Səsi.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 10,4% çoxdur.

Təkcə iyun ayında isə ölkənin strateji valyuta ehtiyatları 2,67 milyard ABŞ dolları azalıb.

Share: