Ermənistana 19 vaqon yük göndərildi

Ermənistana  19 vaqon yük göndərildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Millətin Səsi.az xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 470 ton olan propan və 5 vaqondan ibarət, çəkisi 339 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Share: