Mombasa” və “Əl-Bəhiyə” tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki pilotsuz raketi tərəfindən hücuma məruz qalıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi X hesabında məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində “Mombasa” tankerinin bir heyət üzvü – Hindistan vətəndaşı həyatını itirib. Eyni zamanda, dördü ağır olmaqla, ümumilikdə səkkiz nəfər yaralanıb (onlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır).
Hər iki gəmidə baş verən yanğın nəticəsində tankerlərə maddi ziyan dəyib. Lakin təxirəsalınmaz tədbirlər sayəsində hər iki gəmidəki yanğın tam söndürülüb.
Əmirliyin Müdafiə Nazirliyi bəyan edib ki, istənilən təhdidlərə qarşı mübarizə aparmaq üçün tam döyüş hazırlığı vəziyyətindədir. Dövlətin təhlükəsizliyini və onun sabitliyini pozmağa yönəlmiş hər hansı bir cəhdin qarşısını qətiyyətlə almaq üçün bütün zəruri addımlar atılır.
Qeyd edək ki, bundan öncə Hörmüz boğazında bir neçə gəminin atəşə tutulduğu ilə bağlı məlumatlar yayılmışdı.


