Hörmüz boğazında iki gəmi toqquşdu – biri batdı

Hörmüz boğazında iki gəmi toqquşdu – biri batdı

İranın Qeşm adası yaxınlığında yük gəmisi digər gəmi ilə toqquşub.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Toqquşma nəticəsində yük gəmisinin gövdəsinin orta hissəsinə ciddi ziyan dəyib və gəmi su almağa başlayıb. Bu səbəbdən kapitan heyətin təxliyəsi barədə göstəriş verib.

Hadisə zamanı xəsarət alan olmayıb. Toqquşmanın səbəbi barədə rəsmi məlumat verilməyib.

Share: