Böyük Britaniya xalqı Ukraynadakı münaqişədən yorulub

Böyük Britaniya xalqı Ukraynadakı münaqişədən yorulub

Ukraynadakı münaqişə Böyük Britaniya sakinləri arasında böyük maraq doğurmur.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasının üzvü Riçard Balf TASS-a açıqlamasında bildirib.

O qeyd edib ki, yeni Britaniya hökuməti dövründə də Ukraynaya dəstək öhdəliyi qüvvədə qalacaq, lakin adi Britaniya sakinləri arasında bu mövzuya maraq çox azdır.

Qeyd edək ki, 20-də Endi Börnem Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb. O, may ayında keçirilən yerli seçkilərdəki məğlubiyyətdən sonra hakim Leyboristlər Partiyası üzvlərinin təzyiqi ilə istefaya məcbur olan Kir Starmeri əvəz edib. Börnem daha əvvəl bildirmişdi ki, onun hökuməti Ukraynaya yardım göstərməyə davam edəcək.

Share: