Vens ABŞ-İran münaqişəsinin mümkün eskalasiyasından narahatdı

Vens ABŞ-İran münaqişəsinin mümkün eskalasiyasından narahatdı

ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən görüşdə İranla hərbi münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını ifadə edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, cümə günü ABŞ Prezidenti Donald Tramp, Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin iştirakı ilə keçirilən görüşdə münaqişənin potensial gərginləşməsi ilə bağlı narahatlıq səsləndirilib. Keyn qeyd edib ki, münaqişənin genişlənməsi ABŞ-ın sursat ehtiyatlarını daha da tükəndirəcək.

Pentaqondakı mənbə yayımçıya əməliyyatın dayandırıldığını təsdiqləyib.

Fasilənin səbəbi məlum deyil. CNN-in məlumatına görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasına müraciət edərək təmkinli davranmağı xahiş ediblər. Mənbənin yayımçıya verdiyi məlumata əsasən, Tramp danışıqlar aparan ABŞ nümayəndələrinə Tehranla təmasları davam etdirmək barədə gizli göstəriş verib.

Qeyd edək ki, daha əvvəl Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi və İslam Respublikasına “kütləvi zərbə” endirməyi nəzərdən keçirdiyini bildirmişdi. Sonradan “The New York Times” qəzeti mənbələrə istinadən xəbər verib ki, o, münaqişənin eskalasiyasını təxirə salmaq qərarına gəlib.

Share: