Ukraynada Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalına tez bir zamanda başlamaq mümkün olmayacaq.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Vladimir Zelenski Britaniyanın “Sky News” telekanalına verdiyi müsahibədə bildirib.
Əlbəttə ki, biz özümüzün – Ukrayna və Avropa istehsqlı olan – ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemimizi yaratmaq yolundayıq. Lakin bunun üçün müəyyən vaxt tələb olunur. İkinci məsələyə gəlincə, biz bunu ABŞ Prezidenti Donald Trampla müzakirə etdik və o, mənə Ukraynada “Patriot” raketlərinin istehsalı üçün lisenziyalar verəcəyini qəbul etdi. Lakin yenə də, bürokratik əngəllər səbəbindən bu proses tez həyata keçmir”, – deyə o bildirib.
Qeyd edək ki, iyulun əvvəlində keçirilən NATO sammiti zamanı Tramp gələcəkdə Ukraynada “Patriot” zenit-raketlərinin lisenziyalı istehsalına başlamaq imkanından danışmışdı; daha sonra isə onun fransalı həmkarı Emmanuel Makron Kiyevə Fransa istehsalı olan “Aster-30” ələkeçirici raketlərini lisenziya əsasında istehsal etmək imkanı yaratmaq planlarını açıqlamışdı. “The Sunday Telegraph” qəzeti belə bir fikir irəli sürüb ki, Qərb silahlarının, o cümlədən Amerika “Patriot” sistemlərinin Ukrayna ərazisində istehsalı üçün lisenziyaların verilməsi Kiyevə nə bu il, nə də, ehtimal ki, gələn il özünü müdafiə etməkdə kömək edəcək.


