KTMT Qarabağ münaşiqəsinə müdaxilə edə bilməzdi, çünki…

KTMT Qarabağ münaşiqəsinə müdaxilə edə bilməzdi, çünki…

KTMT-nin mexanizmi Qarabağ ətrafındakı münaqişə zamanı işə salına bilməzdi, çünki Ermənistan bu ərazini nə öz ərazisinin bir hissəsi, nə də müstəqil dövlət kimi tanıyırdı.

Milletinsesi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Qvardeysk” gənclər forumunda çıxışı zamanı deyib.

“Ermənistanla bağlı belə bir vəziyyət yaranmışdı. Təxminən belə deyirdilər: “Gəlin, KTMT mexanizmini işə salaq”. Amma mahiyyət etibarilə söhbət kimə və nəyə münasibətdə gedirdi? Söhbət Ermənistanın özünün nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanıdığı Qarabağdan gedirdi”, – o bildirib.

Zaxarova qeyd edib ki, belə şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizminin tətbiqi mümkün deyildi.

Share: