Finlandiya hava hərəkəti dispetçerləri Finlandiya körfəzinin şərq hissəsi üzərində uçuşlara məhdudiyyətlər tətbiq ediblər.
Millətin Səsi.az xəbər verir ki, bu haqda TASS-a Aİ-nin hava hərəkətinə nəzarət qurumunun sözçüsü bildirib.
Sözçü qərarın səbəblərini açıqlamadan bildirib ki, Finlandiya körfəzinin şərq hissəsi üzərində 20 kilometrdən (12 mil) aşağı hündürlükdə həyata keçirilən uçuşlara təxminən Moskva vaxtı ilə saat 10:00-dək (Qrinviç vaxtı ilə 07:00) müvəqqəti məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, daha əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Rusiyanın şimal-qərb bölgəsində pilotsuz uçuş aparatı (PUA) ilə bağlı xəbərdarlıq elan edildiyini bildirmişdi. Həmçinin, Rusiyanın mülki aviasiya sahəsinə nəzarət qurumu olan “Rosaviatsiya” qeyd edib ki, Leninqrad vilayətinin bir sıra rayonları üzərində hava məkanından istifadəyə qoyulan müvəqqəti məhdudiyyətlər Rusiyanın Baltik dənizi sahilindəki anklavı olan Kalininqrada və oradan həyata keçirilən uçuşların marşrutlarına təsir göstərib.


