Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə zərbələri zamanı 4 nəfər ölüb, 46 nəfər isə yaralanıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə regionun qubernator səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Şuvayev sosial şəbəkələrdə bildirib.
Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.


