Bloger Afət Quluzadə də bir müddət əvvəl etdirdiyi botoks prosedurunun qurbanı olduğunu bildirib.
Milletinsesi.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı videoda botoksdan sonra bir çox problemlə üzləşdiyini, danışmaqda, çeynəməkdə və hərəkət etməkdə çətinlik çəkdiyini bildirib:
“Botoks etdirirsiniz, bir həftə sonra başlayır göz bağlanır, qollar işləmir, əllər tərpənmir, çeynəyə bilmirsiniz, nəfəs darlığı yaranır. Yanlış diaqnoz qoyurlar. Belə hallarda toksikologiyaya müraciət edin. Bu, zəhərlənmədir. Əgər gecikmisinizsə, nevropatoloqa müraciət etməlisiniz. Mən də danışa bilmirdim. Mənə paraliç, insult diaqnozu qoyuldu. Nə qədər sistemlər edildi. Həm maddi, həm mənəvi əziyyət çəkdim. Müalicələrlə tədricən düzəlirəm”.
Afət Quluzadə problemin kosmetoloqlardan qaynaqlanmadığını iddia edib:
“Problemin günahkarı kosmetoloq deyil. Səbəb ölkəyə gətirilən preparatlardır. Mənə bu problemlə bağlı çox sayda mesaj gəlir. Başqa bir qadın da yazıb ki, MRT daxil olmaqla çoxsaylı müayinələrdən keçib. Mayda gətirilən preparatlar keyfiyyətsiz olub. Bir çox tanınmış kosmetoloqlarda da belə problemlə üzləşən pasiyentlər var. Aylarla bu müalicəni etdirənlər var”.
Qeyd edək ki, ötən gün Ceyran adlı bloger də eyni problemi yaşadığınıaçıqlamışdı.


