ABŞ Prezidenti Donald Tramp administrasiyası Konqres tərəfindən Ukraynaya yardım üçün təsdiqlənmiş 400 milyon dolların bölüşdürülməsi planını təqdim edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Plana əsasən, vəsait 2029-cu ilə qədər ayrılacaq, bütün tədarüklərin isə 2028-ci ilin sonu – 2029-cu ilin əvvəlinə qədər başa çatdırılması planlaşdırılır.
Pentaqon qanunvericilərə Ukraynaya yardım üçün xərcləmə planını təqdim edib. Bu planda bütün yardımların 30 sentyabr 2029-cu ildə başa çatacağı təxmin edilir. Lakin vəsait hələlik ayrılmayıb və ya müqavilələrdə təmin edilməyib. 400 milyon dollardan 200 milyon dolları silahlara, 99,9 milyon dolları nəqliyyat və ehtiyat hissələrinə, 100 milyon dolları isə logistikaya ayrılacaq.


