Ukrayna müharibənin 1618-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 444 810 hərbçi, 12 230 ədəd tank, 25 049 ədəd zirehli döyüş maşını, 47 003 ədəd artilleriya sistemi, 1976 (reaktiv yaylım atəş sistemi), 1 522 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2071 ədəd yerüstü robot-texnika kompleksi, 434 140 ədəd PUA, 127 621 ədəd avtomobil texnikası, 4 950 qanadlı raket, 34 gəmi/kater, 2 sualtı qayıq, 4 480 xüsusi avadanlıq itirib.


