İran və Oman “Hörmüz boğazı”na görə razılaşdı

İran və Oman  “Hörmüz boğazı”na görə razılaşdı

İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçilik hərəkətinin bərpası və bu su yolu üzərində Tehranın nəzarətinin təsdiqlənməsi ilə bağlı razılığa gəlmək üzrədirlər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin məlumat yayıb.

Hazırlanmaqda olan razılaşmadan xəbərdar olan rəsmilər bildiriblər ki, Fars körfəzinə daxil olan gəmilər İranın nəzarətində olan və onun sahillərinə yaxın kanaldan, körfəzdən çıxan gəmilər isə Oman yaxınlığındakı kanaldan keçəcəklər.

Məlumata əsasən, İran rəsmiləri bildirirlər ki, hər hansı rüsum tətbiq olunmayacaq, lakin razılaşmaya gəmiçiliyin ətraf mühitə təsirinin kompensasiyası, yük gəmiləri və tankerlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin personal xərclərini əhatə edən “xidmət haqqı” daxildir. İki İran rəsmisinin sözlərinə görə, əldə edilən gəlirlər İran və Oman arasında bərabər şəkildə bölüşdürüləcək.

Pentaqonda bəzi yüksək vəzifəli şəxslər belə bir razılaşmaya şübhə ilə yanaşır və bunu ABŞ-ın təslim olması kimi qiymətləndirirlər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Vaşinqton və Tehran arasındakı danışıqlarla bağlı əlavə təfərrüatlar avqustun 4-də açıqlanacaq. O əlavə edib ki, tərəflər artıq əlaqə saxlayırlar, baxmayaraq ki, İran bu dialoqun mövcudluğunu açıq şəkildə etiraf etmək istəmir. Tramp bundan əvvəl ABŞ və İranın avqustun 3-də danışıqlara başlayacağını söyləmişdi.

Share: