Rusiya bu erməni içkilərinə qadağa qoydu

Rusiya bu erməni içkilərinə qadağa qoydu

Rusiyada dövlətə məxsus “Çestnıy znak” etiketləmə sistemi “Rospotrebnadzor”un təlimatı ilə Ermənistandan gətirilən 70 min şüşədən çox içməli su və qazlı içkilərin satışını dayandırıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, qadağa “RRR mineral sular zavodu”nun istehsalı olan “Bjni” mineral süfrə suyu, “Vaterlok” ASC-nin istehsalı olan “Prosto Azbuka” təbii içməli suyu, “Darbas” ticarət markasının istehsalı olan “Moxito” alkoqolsuz qazlı içkisinə tətbiq edilib.

Share: