Vladimir Zelenskinin Moskvaya təzyiq göstərməyi hədəfləyən 40 günlük planına cavab olaraq, Rusiya Silahlı Qüvvələri düşmənin logistika və enerji sektorlarına hücumları gücləndirib və bununla da Ukraynanı kritik vəziyyətə salıb.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının (parlamentin aşağı palatası) Beynəlxalq məsələlər komitəsinin sədri və Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski TASS-a bildirib.
“Zelenskinin planının icrası Rusiyanın xüsusi hərbi əməliyyatının xarakterini dəyişməsinə və logistika mərkəzləri ilə Ukraynanın enerji infrastrukturuna zərbələri intensivləşdirməsinə səbəb olub. Artıq “qırmızı xətlər”lə bağlı xəbərdarlıqlar geridə qalıb. Ukrayna sistemli şəkildə silah təchizatı marşrutlarından təcrid olunur və indiyədək yaşanmış ən ağır qışla üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Ukraynalılar üçün bu “cəhənnəm qapısı”nı açan isə məhz Zelenski oldu”, – deyə siyasətçi bildirib.


