Arakçı Pakistana gedəcək

Arakçı Pakistana gedəcək

İranın xarici işlər naziri Abbas Arakçı avqustun 7-də Pakistana səfər edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Pakistanın mediası məlumat yayıb.

Arakçı səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Pakistan son dövrlərdə İranla ABŞ arasında mümkün dialoq kanallarının yaradılması istiqamətində vasitəçilik edir.

Share: