Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər

Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər

Bu ilin ilk yarısında Azərbaycanda tibbi xidmətlərin qiymətlərində artım müşahidə olunub.
Millətin Səsi.az 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidmətlərində qeydə alınıb. Bu xidmətin qiyməti 599,15 manatdan 630,7 manata yüksələrək 31,55 manat və ya 5,27% artıb.
İkinci ən böyük artım cərrahiyyə əməliyyatı xidmətlərində qeydə alınıb. Bu xidmət üzrə orta qiymət  1 354,6 manatdan 1 369,63 manata yüksəlib. Beləliklə, qiymət 15 manat və ya 1,1% artıb.
Faiz baxımından isə ən çox bahalaşan xidmət də reabilitasiya müəssisələrinin göstərdiyi sanatoriya-sağlamlıq xidməti olub (5,27%). Onu diş çəkilməsi xidməti (3,84%) və terapevt xidmətləri (2,65%) izləyib.
Ən aşağı qiymət artımı isə qanın ümumi analizi xidmətində qeydə alınıb. Bu xidmətin qiyməti cəmi 0,03 manat və ya 0,25% artıb.
Siyahıda yer alan xidmətlər arasında ucuzlaşan xidmət qeydə alınmayıb.
Tibbi xidmətlərin iyun ayındakı qiymətləri və son 6 aydakı artım aşağıdakı kimi olub:
Terapevt xidmətləri – 18,98 manat (+2,65%)
Oftalmoloq xidmətləri – 23,64 manat (+0,94%)
Kardioloq xidmətləri – 21,39 manat (+2,30%)
Cərrahiyyə əməliyyatı xidmətləri – 1 369,6 manat (+1,11%)
Diş çəkilməsi xidməti – 15,41 manat (+3,84%)
Diş müalicəsi xidməti – 39,42 manat (+2,44%)
Diş protezi xidmətləri – 277,75 manat (+1,72%)
Tibbi müayinə (USM) xidməti – 26,43 manat (+1,42%)
Flüoroqrafiya xidmətləri – 20,44 manat (+0,84%)
Qanın ümumi analizi xidməti – 12,20 manat (+0,25%)
Kompüter tomoqrafiyası xidmətləri – 82,46 manat (+1,18%)
Kardioqramma xidməti – 14,64 manat (+0,97%)
Orta tibb işçiləri tərəfindən göstərilən xidmətlər – 2,76 manat (+0,73%)
Fizioterapiya xidmətləri – 9,43 manat (+1,18%)
Masaj xidməti – 12,31 manat (+1,57%)
Xəstəxana xidmətləri – 49,61 manat (+0,45%)
Reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidməti – 630,71 manat (+5,27%)

Yeniavaz.com

Share: